Süd məhsulları
Süd məhsulları, ağartı və ya ağarantı — məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyun və dəvə südündən əldə edilir. Süd məhsullarına yoğurt, pendir və kərə yağı kimi qidalar daxildir. Süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahəsi südçülük adlanır. Əksər Şərqi və Cənub-şərqi Asiya ölkələri, həmçinin Mərkəzi Afrikanın bəzi əraziləri istisna olmaqla, süd məhsulları bütün dünyada istehlak olunur. Hər bir süd məhsulunun saxlanma müddəti var; məsələn, südü 20 saat, xamanı 72, kəsmiyi 36 saat, kərə yağını 10 gün saxlamaq olar.[mənbə göstərin]
Süd, əlavə homogenləşdirmədən və ya pasterizasiyadan və yağ səviyyəsinin standartlaşdırılmasından və Streptococcus lactis və Leuconostoc citrovorum bakteriyalarının əlavə edilməsindən sonra bir neçə səviyyədə istehsal olunur. Süddən bir neçə məhsul istehsal edilir: xama, yağ, pendir, körpə formula və yoğurt.
Süd yağlılıq səviyyəsinə görə fərqlənir. Yağsız süddə yağlılıq səviyyəsi 0 olur. Təbii süddə isə yağlılıq ən yüksək səviyyədə olur.